Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri müəllimləri mükafatlandırdı - Fotolar

sirvan-salyan-regional-tehsil-idaresinin-mudiri-muellimleri-mukafatlandirdi
Oxunma sayı: 4826

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Respublika Fənn Olimpiadalarında uğur qazanmış şagirdlərin müəllimlərin və təhsilverənlərin sertifikatlaşdırmasında yüksək bal toplamış müəllimlərin mükafatlandırması ilə bağlı əmr imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu əmrə əsasən 25 nəfər müəllim mükafatlandırılıb.

Bunlardan 2 nəfər təhsilverənlərin sertifikatlaşdırmasında ən yüksək - 60 bal toplamış ibtidai sinif müəllimləri, 23 nəfər isə olimpiadalara hazırlıq ilə bağlı fəaliyyətləri olmuş müəllimlərdir.

Məlumat üçün onu da bildirək ki, 2022-2023-cü ildə Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində 50 şagird uğur qazanıb. Onlardan da 32 nəfər qaliblər sırasında yer alıb. Belə ki, 3 nəfər qızıl, 9 nəfər gümüş və 20 nəfər bürünc medala sahib olublar.

Həmçinin, müəllimlər göstərilən diqqətə görə Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyinə öz minnətdarlığını bildiriblər.