“Siz Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz?”

siz-trampin-new-york-timesi-nece-adlandirdigini-bilirsiniz
Oxunma sayı: 5101

“Siz Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin, sadəcə...”

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində Azərbaycan tərəfinin döyüşlərdə guya muzdlulardan istifadə etdiyi ilə bağlı jurnalistin “New York Times”a istinad etməsi ilə bağlı deyib. 

Dövlət başçısı bildirib ki, muzdlulara ehtiyacımız yoxdur: “Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir”.