SOCAR-dan partlayışla bağlı daha bir - Açıqlama + Yenilənib

socar-dan-partlayisla-bagli-daha-bir
Oxunma sayı: 19293

SOCAR Xəzər dənizində baş verən partlayışla bağlı açıqlama yayıb.

"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.

"Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir", - deyə İ.Əhmədov qeyd edib.

***

Xəzərdə partlayış baş verən əraziyə gəmi göndərilib.

"Hazırda dəqiq məlumat budur ki, SOCAR-a aid olan hər hansı bir sənaye obyektində qəza baş verməyib. Hadisə yerinə araşdırma üçün gəmi göndərilib. Əlavə məlumat olan kimi paylaşılacaq", - deyə İ.Əhmədov sosial şəbəkədə məlumat paylaşıb.