SOCAR işçiləri evdən işləməyə çağırır

socar-iscileri-evden-islemeye-cagirir
Oxunma sayı: 6826

Azərbaycan Dövlət Neft Şirkəti respublikada koronavirusa qarşı aparılan mübarizə tədbirləri nəticəsində ofisdə çalışan işçilərinə kütləvi şəkildə martın 20-nə kimi evdən işləməyi tapşırıb. 

Bu barədə “Qafqazinfo”ya açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

İ. Əhmədov bildirib ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aparılan tədbirlərə SOCAR da öz töhvəsini verməkdədir: “Beləliklə, martın 10-na kimi SOCAR-ın təlim mərkəzlərində aparılan təlimlər dayandırılıb. Bildiyiniz kimi, ofis şəraitində kütləvi toplanma halı varsa, burada insanların virusa yoluxma halı yüksəkdir. Həmin şəxslərə martın 20-nə kimi tövsiyə olunub ki, evdən işləsinlər. Skayp vasitəsiylə toplantılar da etmək olar. Əgər istehsalat zərurəti varsa, əlbəttə ki, onlar işə çıxmalıdır. Ancaq bu, o demək deyil ki, bütün SOCAR əməkdaşları evdən işləyəcək. 

Bundan əlavə, SOCAR-ın inzibati binasında dezinfeksiya işləri aparılır. Bir çox yerlərdə bu məqsədlə dispenserlər qoyulub. Gələn insanların hərarəti ölçülür.  Koronavirusun geniş yayıldığı ölkələrdən gələn əməkdaşlar 3 gün müddətində müayinədən keçirlər və işə çıxmırlar. Həmçinin virusun geniş yayıldığı ölkələrə SOCAR əməkdaşlarının ezam olunması da qadağan olunub. Yalnız zəruri hallar varsa, bu, SOCAR Prezidentiylə razılaşdırılmalıdır. Bütün bu tədbirlərin nəticəsində koronavirusun yayılması ehtimalı minumuma endirilməlidir”.

Günel Türksoy