“Şöhrət” ordenli alim vəfat etdi

sohret-ordenli-alim-vefat-etdi
Oxunma sayı: 4059

BDU-nun informasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, AMEA-nın Kibernetika İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə laboratoriyasının rəhbəri, professor Kamil Mənsimov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, riyaziyyatçı alim 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, K.Mənsimov 2009-cu ildə “Tərəqqi” medalı, 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.