Şoyqu xalqa müraciət etdi

soyqu-xalqa-muraciet-etdi
Oxunma sayı: 13655

Rusiya müdafiə naziri Sergey Şoyqu xalqa müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə,  Şoyqu bildirib ki, Ukrayna artıq ordunun yarısını itirib. Belə ki, 61 207 nəfər həlak olub, 49 368 nəfər yaralanıb.

Rusiyanın itkiləri isə 5937 nəfərdir. Bundan əlavə, xüsusi əməliyyatda yaralanan hərbçilərin 90%-i ordu sıralarına qayıdıblar.

MN rəhbərinin sözlərinə görə, qismən səfərbərliyə xidmətdə olmuş, hərbi uçot ixtisası və döyüş təcrübəsi olanlar cəlb olunacaq: “Tələbələrin səfərbərliyindən söhbət getmir, onlar xüsusi əməliyyat və müddətli hərbi xidmətə göndərilmir. Qismən səfərbərliyə ümumilikdə 300 minə yaxın ehtiyatda olan hərbçi cəlb olunacaq”.