Şoyquya qarşı sui-qəsdin qarşısı alınıb

soyquya-qarsi-sui-qesdin-qarsisi-alinib
Oxunma sayı: 2038

Rusiyanın sabiq müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya qarşı sui-qəsdin qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Moskovski Komsomolets” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, sui-qəsdi Şoyqunun Moskvadakı Troekurovskoye qəbiristanlığında qohumlarının dəfn olunduğu yerə getməyi planlaşdırarkən baş tutacaqmış.

Bildirilir ki, FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi noyabrın 14-ü səhər saatlarında təxribatçıların həbs olunduğunu açıqlayıb.

Qeyd edək ki, noyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin təxribat əməllərinə görə cəzaları sərtləşdirən qanunu imzalayıb.