Sultan Süleyman saqqalını yandırdı- - Fotolar

sultan-suleyman-saqqalini-yandirdi-
Oxunma sayı: 4173


“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktyor dünən həyat yoldaşı Berguzar Korellə birlikdə Çeşmədə kameralara yaxalanıb. Jurnalistlərin suallarını cavablandıran aktyor saqqalını kəsdirmədiyini yandıraraq qısaltdığını deyib.

Qeyd edək ki, serial başa çatdıqdan sonra Halit Ergençin saqqalının Türkiyədə hansı bərbər tərəfindən qırxılacağı müzakirə mövzusu olmuşdu. Belə ki, bərbərlər aktyora maraqlı təkliflər etmişdilər. Ona ömür boyu pulsuz təraş və üzə qulluq kimi maraqlı təkliflər gəlmişdi.

Dünyanın məhşur ülgüc brendlərindən biri isə Halit Ergençə reklam üzü olmağı təklif etmişdi. Şirkət məhsullarının Türkiyə, Avropa və Orta Şərqdə yayımlanacaq reklamı üçün məhşur aktyora yüksək məbləğdə pul təklif etmişdi.