Sumqayıtda 4 nəfəri maşın vurdu - 3-ü öldü, sürücü qadın imiş

sumqayitda-4-neferi-masin-vurdu
Oxunma sayı: 7287

Sentyabrın 16-da axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, magistralın 48-ci km-də, Azərbaycanın Sumqayıt şəhəri ərazisində “Hyundai” markalı avtomaşın yolu kənarında dayanan 4 piyadanı vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə xəsarət alıb. “Hyundai”-ın sürücüsü də xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

Daxili İşlər Nazirliyi Sumqayıtdakı qəza ilə bağlı məlumat yayıb. "Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub. Nəticədə S.Məlikov, F.İsmayılov və L.Məmmədov hadisə yerində ölüb, N.Babayevin və N.Kazımova isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.