Sumqayıtda avtobus sürücüsü sükan arxasında öldü - Video

sumqayitda-avtobus-surucusu-sukan-arxasinda-oldu
Oxunma sayı: 5931

Sumqayıtda avtobus sürücüsü sükan arxasında ölüb. 

“Qafqazinfo”ya bu barədə məlumatı sərnişinlər verib. Bildirilib ki, hadisə 3 nömrəli marşrut avtobusunda baş verib. Belə ki, Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən avtobusun sürücüsünün sükan arxasında vəziyyəti pisləşib. 

İnfarkt keçirən sürücü dünyasını dəyişib.

***

Sürücünün 1965-ci il təvəllüdlü Kazımov İmamverdi Əsgər oğlu olduğu məlum olub.