Sumqayıtda yeniyetmə bıçaqlandı

sumqayitda-yeniyetme-bicaqlandi
Oxunma sayı: 1351

Sumqayıtda 16 yaşlı yeniyetmə bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Bıçaqlanan şəxs 2009-cu il təvəllüdlü Əzimzadə Nicat Rauf oğlu (ad-soyad şərti) oğludur.

Onu bıçaqlamaqda həmyaşıdı, Əsədov Ramin Əsəd oğlu (ad-soyad şərti) şübhəli bilinir.

İlkin məlumata görə, hadisə yeniyetmələr arasındakı mübahisədən sonra baş verib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.