Tacikistan prezidentinin toydakı görüntüləri ölkəyə baha başa gəldi - Video

tacikistan-prezidentinin-toydaki-goruntuleri-olkeye-baha-basa-geldi-video
Oxunma sayı: 819

Tacikistanda bir neçə internet-provayderlər qabaqcadan xəbərdar etmədən populyar YouTube video portalının resurslarına girişi bağlayıblar.

“Qafqazinfo” BBCazərbaycanaya istinadən xəbər verir ki, Tacikistan İnternet-Provayderlər Assosiasiyası bəyan edib ki, sayt respublika rabitə idarəsinin sərəncamı ilə təcrid edilib.

Tacikistan internet şirkətlərinin rəhbərliyi video-hostinqin bağlanması qərarını şərh etməkdən imtina edirlər.

Müşahidəçilərin ehtimalınca, YouTube-un bloklanmasına orada prezident İmomali Rahmonun oğlu Rüstəm Emomalinin toyundan görüntülərin paylaşılması səbəb olub.

İlk dəfə həmin görüntü məşhur müxalifətçi tacik jurnalisti Dodocon Atovulloyevin şərhləri ilə regional “K+” telekanalında nümayiş etdirilib.

Atovulloyevin sözlərinə görə, dövlət başçısının oğlunun toy şənliyinin videoyazısı olduqca böyük məbləğdə pulla Dövlət Teleradio şirkətinin sədri Asadullo Rahmonovdan alınıb.
Bu məlumatları yoxlamaq mümkün deyil. Tacikistan hakimiyyəti toy videosunun KİV-lərə necə düşə bildiyini şərh etməkdən boyun qaçırırlar.

Son bir neçə gün ərzində bu video görüntüyə on minlərlə insan tamaşa edə bilmişdi.

Həmin kadrları bir daha təqdim edirik: