Tahir Əmiraslanovun yerinə Orxan Fikrətoğlu təyin edildi

tahir-emiraslanovun-yerine-orxan-fikretoglu-teyin-edildi
Oxunma sayı: 9601

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

Məlumatı Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.

Bildirilib ki, ötən aydan Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrətoğlu Sadıqov təyin olunub.