“Qafqazinfo”nun məlumatına görə, polisin qaz bombası və təzyiqli su ilə göstərdiyi sərt müdaxiləyə baxmayaraq, Gezi parkının sökülərək yerində ticarət obtektləri tikilməsinə etiraz edən vətəndaşların sayı durmadan artır. Gecə saatlarında polislə etirazçılar arasında yaşanan qarşıdurmadan sonra ümumilikdə biri ağır olmaqla, 12 yaralının olduğu, 63 nəfərin isə saxlanıldığı bildirilir. Artıq səhər saatlarından etibarən Türkiyənin digər bölgələrindən də nümayişçilərə dəstək olmaq üçün insanlar İstanbula doğru axın ediblər və bu istiqamətdə nəqliyyatın hərəkəti iflic olub. Taksimdə baş verənlər ölkənin tanınmış sənətçilər tərəfindən də etirazla qarşılanıb. Onlar sosial media vasitəsilə polisin sərt müdaxiləsinə etirazlarını bildiriblər. Nümayişçilərə dəstək olanlar arasında ölkənin 4 böyük futbol klubun tərəfdarları da var. Sosial şəbəkələrdə birləşən tərəfdarlar 51 avtobus və 25 mikroavtobusla İstanbula doğru yola çıxıblar. Gezidə yaşanan insidentə ABŞ XİN-i də münasibət bildirib və polisin nümayişçilərə rəftarını pisləyib. İstanbulun ən turistik bölgəsində bu cür insidentin yaşanması ABŞ-ın öz vətəndaşlarına İstanbula getməməklə bağlı xəbərdarlıq etməsi ilə nəticələnə bilər.
Son xəbərlər
Son Xəbərlər