Tanınmış aktyor vəfat etdi - Yuxuda infarkt keçirib

taninmis-aktyor-vefat-etdi
Oxunma sayı: 8573

Tanınmış türkiyəli aktyor Remzi Evren 58 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xroniki ağciyər xəstəliyindən əziyyət çəkən aktyor yuxuda ikən infarkt keçirib.

Qeyd edək ki, R. Evren “Karadayı”, “Kurtlar Vadisi Pusu”, “Behçat Ç.” Və “Möhtəşəm Yüzil: Kösəm” seriallarında çəkilib, Cem Yılmazın “Av mevsimi” adlı filmində oynayıb.