Tanınmış jurnalistin ailəsində faciə

taninmis-jurnalistin-ailesinde-facie-
Oxunma sayı: 5977


“Qafqazinfo”ya daxil olan məlumata görə, dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün Maqsudu Ağsu rayonunun Sanqalan kəndində dəfn ediblər. Şənbə günün Bakıda yas mərasimi olacaq.

Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.

Allah rəhmət eləsin!