Məşhur “Veysəloğlu” Şirkətlər Qrupunun satış təmsilçilərinin xeyli miqdarda pul mənimsədiyi aşkar olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, şirkət özü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili yoxlama zamanı müəyyən olunub ki, satış təmsilçisi Amur Məmmədov 2018-ci ilin yanvarında 8300 manat, Sərxan Tağıyev 2020-ci ilin mayında 10 min manatdan çox, Röyal Hüseynov isə ötən ilin avqustunda 18 min manatdan çox pulu mənimsəyib.
Şirkət rəhbərliyi bu iddia ilə hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxslər barəsində zəruri addımların atılmasını tələb edib. Hazırda bu müraciətlə bağlı araşdırma aparılır.
***
Veysəloğlu Şirkətlər Qrupundan "Qafqazinfo"ya bildirilib ki, onlar özləri hüquqi addım ataraq hüquq-mühafizə orqanlarına müraciət ediblər: "Hazırda istintaq orqanı tərəfindən araşdırma aparıldığı üçün əlavə məlumat, informasiya vermək istintaqın normal gedişinə maneə törədə bilər".
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər