“Tatlısəslə heç vaxt sevgili olmamışam” - Günel +Video

tatlisesle-hec-vaxt-sevgili-olmamisam
Oxunma sayı: 13649

Müğənni Günel Zeynalova “ATV Maqazin onlarla” verilişinə müsahibə verib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni şəxsi həyatı barədə yayılan şayiələrə aydınlıq gətirib.

Günel qeyd edib ki, heç vaxt İbrahim Tatlısəslə sevgili olmayıb:

“Belə xəbərlər yayılırdı ki, İbrahim Tatlısəsin sevgilisi olmuşam. Guya İbrahimdən övladım var. Bu sözləri eşidəndə çox pis oldum. Ağlaya-ağlaya İbrahim bəyə zəng vurdum. O da “Allah onların cəzasını versin” cavabını verdi. Dedi ki, sən namusun, tərbiyən və şərəfinlə 18 ildir yanımdasan. Bu sənətin bədəli var, sən də belə bədəlini ödədin. İbrahim bəyi çox istəyirəm. Başımızın tacıdır”.