Tbilisidə növbəti etiraz aksiyası - Hökumətə vaxt verildi+Yenilənib

tbiliside-novbeti-etiraz-aksiyasi
Oxunma sayı: 4803

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

“Qafqazinfo” xəbər verir ki, aksiyaya müxtəlif partiyanın nümayəndələri də qatılıb.

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edən etirazçılar, iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının da cəzalandırılmasını istəyir.

Bundan başqa aksiyalar zamanı həbs edilənlərin də sərbəst buraxılması tələb olunur.

Qeyd edək ki, tələblərin yerinə yetirilməsi üçün günün sonuna qədər vaxt verilib.

***

Aksiyanın tələblərinin yerinə yetirilməsi üçün qoyulan vaxt başa çatıb. Buna baxmayaraq, tələblərdən heç biri yerinə yetirilməyib. Aksiya iştirakçıları tələblərin yerinə yetirilməsi üçün hökumətə saat 14:00-a qədər vaxt veriblər. Əks halda onlar yenidən parlamentin binası qarşısında toplaşacaqlar.