Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını Bakupost.az -a təsdiqləyib.
“Bundan sonrakı qərarı TƏBİB verəcək”, - 2023-cü ildən bu vəzifədə çalışmış N.Bəşirova bildirib.
Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.
***
Konkret.az-ın məlumatına görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin direktoru Mirələm Cəlalov da vəzifəsindən azad olunub.
M. Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.
Qeyd edək ki, aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişikliklərinə başlayıb.
Son xəbərlər
Son Xəbərlər