ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələr zamanı Vaşinqtonun Tehrana qarşı hərbi variantları istisna etmədiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, Rubio ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edəcəyini vurğulayıb.
O, bu hərəkətlərin baş verməyəcəyinə ümid etdiyini desə də, ABŞ-nin bölgədəki heyətini İran təhlükəsindən qorumaq üçün hər cür hərbi qabiliyyətə malik olduğunu qeyd edib:
“İndi ABŞ-nin İran təhlükəsindən müdafiə olunmaq üçün bölgəyə qüvvələr yerləşdirmək qabiliyyətini görürsünüz”.
Xatırladaq ki, bir müddət əvvəl Prezident Donald Tramp böyük Amerika hərbi dəniz qüvvələrinin İrana doğru hərəkət etdiyini bəyan etmişdi.
Son xəbərlər
Son Xəbərlər