Təhsildə biabırçı nəticə göstərən rayonların- - Siyahısı

tehsilde-biabirci-netice-gosteren-rayonlarin-
Oxunma sayı: 5861


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə imtahanda iştirak edən şagirdlərin sayının keçən illə müqayisədə 4% azaldığını bildirib. O deyib ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri müəyyən rayonlarda çox qorxuludur. TQDK sədri qeyd edib ki, IX siniflər üzrə Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədi rayonlarında ölkə üzrə həm “Riyaziyyat”, həm də “Ana dili”ndən ən aşağı nəticələr göstərilib.

M. Abbaszadə əlavə edib ki, XI sinif şagirdlərinin nəticələrində orta bal IX illik təhsil bazası üzrə nəticələrə nisbətən artıb. Onun sözlərinə görə, IX siniflərlə müqayisədə XI sinif üzrə imtahanda iştirak edənlərin sayı azdır, amma nəticələri daha yüksəkdir: “XI sinifə gələn uşaqlar daha məşğul olurlar. Onlar təhsillərini davam etdirmək istədikləri üçün daha yaxşı nəticə göstərirlər. XI siniflərdə “Ana dili” fənni üzrə Hacıqabul, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsən, “Riyaziyyat” fənni üzrə Hacıqabul, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsəndə məzunların nəticələri ölkə ilə müqayisədə çox aşağıdır”.