Terrorçuların şəklini paylaşdı... - Həbs olundu

terrorcularin-seklini-paylasdi
Oxunma sayı: 10029

İstanbulda PKK-nın təbliğatını aparmaqda ittiham edilən İtaliya vətəndaşı həbs edilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı Covanna Lançavekki şənbə günü axşam Türkiyəyə gəlib. O, İstanbulda kafelərin birində saxlanılıb. Məlumata görə, Lançavekki sosial şəbəkələrdə PKK xeyrinə təbliğat aparır, silahlı kürd döyüşçülərin şəkillərini paylaşırmış.

Hadisəyə münasibət bildirən İtaliya Konsulluq orqanları Covanna Lançavekkinin hazırda İstanbulda əcnəbilər üçün müvəqqəti saxlanma mərkəzində olduğunu və və İtaliyaya təhvil veriləcəyini deyir.

Qeyd edək ki, PKK Türkiyədə kürdlərin siyasi hüquqları və Kürd muxtariyyətinin yaradılması uğrunda bu ölkənin tərkibində mübarizə aparır. Təşkilat 2002-ci ildə terrorçu təşkilatlar siyahısına daxil edilib.

Aysel Kərimova