Tofiq Yaqublu həbsxanaya qayıtdı- - Fotolar

tofiq-yaqublu-hebsxanaya-qayitdi-
Oxunma sayı: 5873


“Qafqazinfo” xəbər verir ki, qızı Nərgiz Yaqublunun ölümü ilə bağlı 7 günlük azadlığa çıxarılan T. Yaqublunun vaxtı bu gün bitir. T. Yaqublu günorta saatlarında Qaradağ rayonundakı 13 saylı Cəzaçəkmə müəssisəsinə aparılacaq.

Qeyd edək ki, Tofiq Yaqublu  İsmayıllı şəhərində iğtişaşların təşkili ittihamı ilə 5 illik müddətə həbs edilib.

Xatırladaq ki, bir sıra millət vəkilləri prezident İlham Əliyevə Tofiq Yaqublunun əfvi üçün müraciət edib.

***

Tofiq Yaqublu artıq cəzaçəkmə müəssisəsinə yola düşüb.