Toy günü arvadını öldürdü - Dəhşətli qətl

toy-gunu-arvadini-oldurdu
Oxunma sayı: 12021

Ucarda dəhşətli qətl törədilib.

"Qafqazinfo" xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Hadisəni törədən R. Nəsirov saxlanılıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.