Transformatorda yaralanan gənclə bağlı - Xoş xəbər

transformatorda-yaralanan-gencle-bagli-
Oxunma sayı: 6244

Bir neçə gün əvvəl Bakıda transformatorda yüksək gərginlikli cərəyanın vurduğu Fəqan Fərzəliyevin səhhətində irəliləyiş var.

Bu barədə “Qafqazinfo”ya Fərzəliyevin qonşusu Rauf Məmmədli məlumat verib.

O, artıq Fəqanın ayıldığını qeyd edib:

“Fəqanın səhhəti normallaşıb. Bu gün səhər “kaşa” yeyib. Baş həkim valideynlərinə məlumat verib. Onun əvvəlki günlərə nisbətən vəziyyəti yaxşılaşıb”.

Xatırladaq ki, Fəqan Fərzəliyev 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.

Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. 20 yaşlı Fəqan Fərzəliyevin 1 qolu amputasiya olunub.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.