“Tufli-mufli” ilə məşhurlaşan azərbaycanlı müğənni Malaxovun qonağı oldu - Video

tufli-mufli-ile-meshurlasan-azerbaycanli-mugenni-malaxovun-qonagi-oldu
Oxunma sayı: 7775

Sosial şəbəkələrdə “Tufli-mufli” mahnısı ilə məşhurlaşan azərbaycanlı müğənni Sakit Səmədov “Rossiya-1” telekanalında aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Privet, Andrey” verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın əsas şənbə şousunun budəfəki mövzusu məhəbbət haqda mahnılar olub.

Malaxov həmyerlimizi “disko rəqqası”, müğənni və bəstəkar Aleksandr Martsinkeviç isə əsl musiqiçi adlandırıb.

“Privet, Andrey” şousu zamanı S. Səmədovun Moskvaya gələrkən qatar sərnişinləri üçün təşkil etdiyi konsertdən görüntülər yayımlanıb.

S. Səmədov uzun müddət avtomobil təkərlərinin təmiri ilə məşğul olduğunu, iş fasiləsində mahnılarını yazdığını deyib: “Bütün mahnılarımı Azərbaycanda yaşayan anama həsr edirəm. Hər həftə yanına gedirəm və onun üçün oxuyuram”.

İfaçı, həmçinin “Tufli-mufli” mahnısının ona böyük uğur, populyarlıq gətirdiyini açıqlayıb. O qeyd edib ki, bunun nəticəsində onun sosial şəbəkə izləyicilərinin sayı artıb.

“Privet, Andrey”in efirində S. Səmədov “Tuk-tuk”, “Tufli-mufli” mahnılarını və sintezatorda hind medodiyası ifa edib. O, hind musiqilərinin böyük həvəskarı olduğunu açıqlayıb.

Qeyd edək ki, S. Səmədov Qusar rayonunda anadan olub, məktəbdə təhsil aldıqdan sonra Dağıstana, daha sonra isə hazırda yaşadığı Tula şəhərinə köçüb.

Müğənninin yutub abunəçilərinin sayı 1,57 milyondur.