“Tülpan İlham”ın həbsi ilə bağlı şok təfərrüatlar açıqlandı - Rusiya DİN

tulpan-ilhamin-hebsi-ile-bagli-sok-teferruatlar-aciqlandi-rusiya-din
Oxunma sayı: 892

Dünən “Qafqazinfo”nun Rusiyada yaşayan, “Tülpan İlham” ləqəbi ilə tanınan azərbaycanlı iş adamı İlham Oruc oğlu Əliyevin həbs edilməsi ilə bağlı verdiyi ilkin informasiyadan sonra Rusiyanın rəsmi orqanları açıqlama yayıblar.

“Qafqazinfo”nun Rusiya Daxili İşlər Nazirliyinin Sank-Peterburq və Leninqrad vilayətləri üzrə Baş İdarəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Peterburqun cinayət axtarışının İdarəsinin əməkdaşları, aralarında İlham Əliyev də olmaqla qətl sifarişində ittiham olunan azərbaycanlılardan ibarət etnik qrupu zərərsizləşdiriblər.

Törədilən cinayətlərin isə restoran biznesində nüfuz əldə etmək uğrunda gedən mübarizələrlə bağlı olduğu qeyd olunub.

Məlumatda bildirilir ki, əgər cinayətkar dəstə həbs olunmasaydı, hazırda son qurban biznesmen M.Muradyon olacaqdı.

Qeyd edək ki, cinayətkar qrupun tərkibinə 48 yaşlı İlham Əliyevdən başqa, 44 yaşlı Qabil Əsədov və 43 yaşlı Xaliq Məhərrəmov da daxildir. Onların hər üçü Sank-Peterburqda yaşayan azərbaycanlılardır.