Türkiyə birbaşa finala gedir - Video

turkiye-birbasa-finala-gedir
Oxunma sayı: 4797

Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsinə yekun vurulur.

“Qafqazinfo”nun məlumatına görə, maraqla qarşılanan oyunlardan biri də Türkiyə yığmasının İslandiya ilə evində keçirdiyi qarşılaşmadır. Sözügedən oyunda Türkiyə rəqibi 1:0 hesabı ilə məğlub edib.

Oyundakı yeganə qolun müəllifi isə 88-ci dəqiqədə Selçuq olub.

Bununla da Hollandiya millisinin finalda oynamaq arzusunun üstündən xətt çəkilib. Türkiyə ən yaxşı üçüncü kimi birbaşa final mərhələsinə vəsiqə qazanır və Fransaya yollanacaq.