Türkiyə mediası Azərbaycanın etirazından yazdı- “Bir məktub yazdı, ortalıq qarışdı”

turkiye-mediasi-azerbaycanin-etirazindan-yazdi-bir-mektub-yazdi-ortaliq-qarisdi
Oxunma sayı: 762

Türkiyə mətbuatı ölkə prezidenti Abdulla Gülün Ermənistan prezidentinə seçkilərdə qalib gəlməsi ilə bağlı göndərdiyi təbrik məktubunun Azərbaycanda narazılıqla qarşılanmasından yazıb.

“Qafqazinfo”nun Hurriyet-ə istinadən verdiyi xəbərə görə, “Bir məktub yazdı, ortalıq qarışdı” başlıqlı xəbərdə Abdulla Gülün Serj Sarkisyana təbrik məktubu göndərməsinin Azərbaycanda problem yaratdığı bildirilib. Mətbuat azərbaycanlı millət vəkillərinin parlament kürsüsündən Gülə etiraz etdiyini yazıb.

Xəbərdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı, millət vəkili Fazil Mustafa, Milli Məclis sədri Oktay Əsədovun bu məsələ ilə bağlı Azərbaycan mətbuatında gedən fikirlərinə də yer verilib.

Qeyd edək ki, digər Türkiyə mətbuatı “Gazetavatan” isə bu xəbəri “Gülün məktubu ölkəni bir-birinə qatdı!” başlığı ilə verib.