Türkiyə Zakir Qaralova siyahı verdi - FETÖ-çülərin adları var...

turkiye-zakir-qaralova-siyahi-verdi
Oxunma sayı: 9601

Türkiyə Ali Məhkəməsi FETÖ-ya qarşı cinayət işi açan Azərbaycana önəmli sənədlər göndərib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, həmin sənədlərdə təşkilatın TANAP kimi enerji layihələrini necə hədəf almasını göstərən Milli İstihbarat Təşkilatının hesabatı var.

Azərbaycan Baş Prokurorluğuna göndərilən həmin hesabatda FETÖ-nün türk dövlətlərində necə təşkilatlandığı və Azərbaycanın bu terror təşkilatı üçün ən kritik mövqe daşıdığı əks olunub.

MİT hesabatında FETÖ-nün Azərbaycanda və digər ölkələrdə enerji layihələrini necə yönləndirməyə çalışması qeyd olunub. Ötən günlərdə Baş Prokurorluğa göndərilən sənədlərdə FETÖ-nün Azərbaycanda təhsil quruluşu üzrə azı 28 təşkilatlanmasının olduğu vurğulanıb.

Sənədlərdə FETÖ üzvü olduğu üçün haqlarında axtarış qərarı çıxarılan və Türkiyəyə ekstradisiyası tələb edilən FETÖ-çülərin siyahısı da var.