Türkiyədə daha bir zəlzələ

turkiyede-daha-bir-zelzele
Oxunma sayı: 2518

Türkiyənin Kütahya şəhərində 4,5 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 01:48-də baş verib.

Yeraltı təkan 10.31 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, ötən gün də Kütahyada 5,4 və 4 bal gücündə zəlzələlər olub.