Türkiyənin İstiqlal küçəsində partlayış baş verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayışda yaralıların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub.
Hələ ki, İstanbulda baş verən partlayışın səbəbi bilinmir.
CNN-in yaydığı məlumata görə, 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Hazırda küçəyə giriş-çıxış bağlanıb. Küçənin üzərindən isə helikopterlər uçur. Partlayışa səbəb kimi isə canlı bomba göstərilir.
***
İstanbul valisi Vasip Şahin bildirib ki, terror aktı nəticəsində canlı bomba ilə birlikdə 4 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
***
Səhiyyə naziri Mehmet Müəzzinoğlu 5 nəfərin öldüyünü, 38 nəfərin isə xasarət aldığını qeyd edib. Onun sözlərinə görə, yaralılardan 12-si xarici vətəndaşdır.
Son xəbərlər
Son Xəbərlər