Türkiyədə Rusiya peyvəndinin təcili istifadəsinə icazə verildi

turkiyede-rusiya-peyvendinin-tecili-istifadesine-icaze-verildi
Oxunma sayı: 1720

Türkiyədə koronavirusa qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin istifadəsinə icazə verilib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyimiz müayinə və qiymətləndirmələr nəticəsində “Sputnik V” peyvəndinin təcili istifadəsini təsdiqlədi. İki ölkə üçün uğurlar arzulayıram. Beləliklə, “Sputnik V” peyvəndi ölkəmizdə istifadə ediləcək üçüncü peyvənd olacaq”,- deyə nazir qeyd edib.