Türkiyəli futbolçular Bakıda əlbəyaxa dalaşıb

turkiyeli-futbolcular-bakida-elbeyaxa-dalasib
Oxunma sayı: 7978

Avro-2020-də uğursuz çıxış edən Türkiyə yığmasının İsveçrə ilə Bakı Olimpiya Stadionundakı oyundan əvvəlki məşqində gərginlik yaşanıb.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, komandanın hücumçuları Halil Dervişoğlu və Enes Ünal arasında yaranan mübahisə əlbəyaxa davaya gətirib çıxarıb.

Digər futbolçuların müdaxiləsindən sonra ara sakitləşib. Bundan sonra baş məşqçi Şenol Günəş hər iki oyunçuya xəbərdarlıq edib. Nəticədə İsveçrə ilə matçda meydana çıxmalı olan forvardlar ehtiyat oyunçular skamyasında oturmalı olublar.