Üç il oldu... - - Fotolar

uc-il-oldu-
Oxunma sayı: 3362


Bu gün “Qafqazinfo” Xəbər Portalının 3 yaşı tamam olur. 2010-cu il avqustun 16-da təsis edilən “Qafqazinfo” ötən müddət ərzində ölkənin populyar xəbər saytlarından biri kimi fəaliyyət göstərib. Saytımız ölkədə baş verən bütün hadisələri, ictimai-siyasi prosesləri heç bir ayrı-seçkilik etmədən, şərh vermədən işıqlandırmaq xətti tutub və bu gün də həmin xəttə sadiqdir.

Ötən 3 il ərzində sayt ölkədə ən çox oxunan sayta çevirilib, oxucuların hər bir dərc olunmuş yazıya, informasiyaya münsibət bildirməsi üçün şərait yaradılıb. Hazırda gündəlik olaraq sayta 70-80 min civarında giriş olur. “Qafqazinfo” olaraq ölkədəki bütün ictimai-siyasi, hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən qürur duyuruq.

Ad günümüz münasibəti ilə bütün oxucularımızı təbrik edirik. Onlara redaksiyamızda lentə alınmış bir neçə fotonu təqdim edirik.