Ucarda yeni doğulmuş körpə tapıldı - Foto

ucarda-yeni-dogulmus-korpe-tapildi
Oxunma sayı: 6878

Ucarda yeni doğulmuş körpə tapılıb.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapıb.

Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.