Uçot dərəcəsi sabit saxlanıldı

ucot-derecesi-sabit-saxlanildi
Oxunma sayı: 678

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bankın rəsmi məlumatında qeyd olunub.

Bildirilib ki, uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb. Faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlar 30 aprel, 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.

Qeyd edək ki, 30 aprel, 30 iyul vә 29 oktyabr tarixlәrindә qәrarın açıqlanması ilə bağlı mәtbuat konfransı keçiriləcək.