Üçüncü kurs tələbəsi hündürlükdən yıxılaraq öldü - Foto + Yenilənib

ucuncu-kurs-telebesi-hundurlukden-yixilaraq-oldu
Oxunma sayı: 13309

Azərbaycanlı tələbə Elnur Elxan oğlu Abbasov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilir ki, Elnur Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi olub. 

***

Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, Elnur tikinti şirkətlərindən birində çalışırmış. Onun iş zamanı hündürlükdən yıxalaraq öldüyü bildirilir.