Ukrayna parlamenti Avakovun istefasını qəbul etdi

ukrayna-parlamenti-avakovun-istefasini-qebul-etdi
Oxunma sayı: 1470

Ukrayna Ali Radası ölkənin daxili işlər naziri Arsen Avakovun istefasını qəbul edib.

“Qafqazinfo” “Rada” telekanalına istinadən xəbər verir ki, deputatlar parlamentin bu gün baş tutan plenar iclasında səs çoxluğu ilə Avakovun istefasını qəbul ediblər.

Qeyd edək ki,  A. Avakov iyulun 13-də istefaya getməsi barədə ərizə yazıb. O, 7 ildən artıq müddətdə ölkənin daxili işlər naziri vəzifəsini icra edib.

Xatırladaq ki, Arsen Avakov Bakıda anadan olub. Milliyyətcə ermənidir.