Ukraynada həlak olan Eminin anası da 5 gün əvvəl vəfat edibmiş... - Foto

ukraynada-helak-olan-eminin-anasi-da-5-gun-evvel-vefat-edibmis
Oxunma sayı: 7126

Xəbər verdiyimiz kimi, ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qayınanası dünyasını dəyişib. Onların sağ qalan iki övladı hazırda qohumlarının himayəsi altındadır.

Ailənin həmkəndlisi Vüqar Fəttayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Emin Mahmudovun anası Gülçöhrə Mahmudova beş gün əvvəl oğlu ilə telefonla danışandan sonra vəfat edib.

Onun sözlərinə görə, oğlu barədə məlumat alandan sonra Gülçöhrə Mahmudovanın halı pisləşib və bir neçə saat sonra dünyasını dəyişib.

Rasim Məmmədli

Həmçinin oxuyun: Xarkovda həlak olan azərbaycanlı ailə ilə bağlı - Açıqlama