Ukraynada qalan azərbaycanlı sürücülər danışdı - Video

ukraynada-qalan-azerbaycanli-suruculer-danisdi
Oxunma sayı: 9593

Xəbər verdiyimiz kimi, hazırda Ukraynada və münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus beynəlxalq yükdaşıma xidməti göstərən bir neçə nəqliyyat vasitəsi var.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) sözügedən nəqliyyat vasitələrinin sürücüləri ilə bağlı görüntülər paylaşıb.

“Ukrayna və münaqişə zonasında olan sürücülərimiz sağ-salamatdırlar. Hazırda təhlükəsiz yerlərdədirlər və cəmləşmələri istiqamətində işlər aparılır”, - məlumatda deyilir.