“Ukraynanın ləğvi prosesi başlayıb” - Timoşenko + Video

“Ukraynanın ləğvi prosesi başlayıb”
Oxunma sayı: 4449

“Ukraynanın ləğvi prosesi başlayıb”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ukraynanın müxalif "Batkivşina" ("Vətən") Partiyasının rəhbəri Yuliya Timoşenko “ZIK” telekanalının canlı efirində səsləndirib.

Onun sözlərinə görə, ukraynalılar müstəqillik dövrünü itirib və xarici məsləhətlərlə yaşayır. “İndi mənim işim və məqsədim konkret faktlar, rəqəmlər əsasında Ukraynanın ləğvi prosesinin başlanmasını izah etməkdir. Və əgər biz bu informasiyanı hər bir Ukrayna vətəndaşına çatdırmasaq və vaxt itirsək, sonra biz onu kompensasiya edə bilməyəcəyik”, - Timoşenko deyib.

O bildirib ki, Ukrayna xarici “kuratorluq” altına düşüb, dünyada öz “subyektliyini” itirib və indi hər kəs ölkəni istədiyi kimi istifadə edir. “Ukrayna rəhbərliyi ya nəticə çıxaracaq və bu cür vəziyyətə son qoyacaq, ya da ölkənin resurs və əmlaklarından olmağına icazə verəcək”, - Partiya rəhbəri deyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi