“Ura! Rusiya təyyarəsi vuruldu” - Türkmənlərin sevinc anı

ura-rusiya-teyyaresi-vuruldu
Oxunma sayı: 9938

Sosial şəbəkələrdə Türkiyə tərəfindən Rusiyaya məxsus hərbi təyyarənin vurulması anını əks etdirən videolar yayılmaqdadır.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin videolardan birində hadisə şahidlərindən birinin emosional reaksiyası marağa səbəb olub. Təyyarənin vurulmasına sevinən şahid isə son vaxtlar Rusiyanın hava və qurudan hücumlarına məruz qalan Suriyada yaşayan türkmən olub.

Kadrlarda türkmənin “şükür Allaha! ura! Rusiya təyyarəsi vuruldu” deyə qışqırdığı eşidilir.