“Uşaqların vəziyyəti bizi dəhşətə gətirdi...” - Mehriban Əliyeva

usaqlarin-veziyyeti-bizi-dehsete-getirdi
Oxunma sayı: 7042

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatı təqdim olunub.

"Qafqazinfo" xəbər verir ki, birinci xanım çıxışında bir sıra məsələlərə toxunub. O bildirib ki, uşaq evləri və internat məktəblərinə dəstək proqramı Fond üçün xüsusi yer tutur: "İlk mərhələdə biz ölkəmizdə 34 uşaq evi və internat məktəbində monitorinq apardıq və orada üzləşdiyimiz vəziyyət bizi dəhşətə gətirdi. Çünki uşaqlar dözülməz vəziyyətdə yaşayırdılar".

Daha sonra Mehriban Əliyeva qeyd edib ki, bu illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə 50 mindən çox insan həm ölkəmizdə, həm xaricdə müalicə alıb və normal həyat tərzinə qayıdıb:

"Təkcə ötən il yenə də Heydər Əliyev Fondunun dəstəyi ilə 142 insanın üzərində ürək əməliyyatı aparılıb və bu insanların əksəriyyəti azyaşlı uşaqlardır.

Adətən biz fəaliyyətimizin bu tərəfindən danışmırıq, çünki yardım etməyi, xüsusən də belə ağır vəziyyətdə olan insanlara yardım etməyi öz vətəndaş borcumuz kimi qəbul edirik. Mən fikirləşirəm ki, imkanı olan hər bir insan belə çətin vəziyyətə düşmüş vətəndaşa yardım etməlidir".