“Üstümə qışqırdı...” - Serialdan küsüb getdi

ustume-qisqirdi
Oxunma sayı: 2429

“Stalinin başı” filmi ilə ulduzu parlayan Ülfət Bəşir ATV kanalında yayımlanan “Sən olmasaydın” serialından qalmaqallı şəkildə ayrılıb. “Qafqazinfo” xəbər verir ki, gənc aktrisa layihə əməkdaşı ilə böyük mübahisə edib.  

Elza obrazını canlandıran Ülfət  mübahisədən sonra ekran işindən uzaqlaşıb. Ülfət Bəşir mövzu ilə bağlı açıqlama verib. O, çəkiliş meydançasında gərgin anlar yaşadığını bildirib:

“Mayın axırına kimi çəkiliş olmalı idi. İyunda serial efirdə yayımlanacaqdı. Mənim problemim oldu. Bütün komanda əladır. Lakin, serialda bir şəxs var. Necə ki, plan qurur, hansı aktrisanın nə vaxt çəkiləcəyini müəyyən edir. Sırf bu şəxsin işi ilə bağlı problemlər meydana gəlirdi. Məsələn, mən gəlib saç, makiyajımı hazır edirdim. Gözləyirdim ki, çəkilişə başlayım. Bu gözləmə xeyli çəkirdi, düzgün plan qurmurdu. İki saat oturub gözləmişdim, rejissorun yanına getdim ki, məni niyə çəkmirsiz? O da mənə cavab verdi ki, səni niyə indi çağırıblar?

Bu işlərə baxan şəxs sənə bu barədə məlumat verməli idi.  Sən demə, həmin gün boşuna çəkiliş meydançasına gəlmişəm. Bu cür səhvlər çox olub. Dəfələrlə belə bir hadisə baş verib. O adamın işi budur, mənə məlumat verməlidir.  Başqa bir insident də baş verdi. Gündəlik serial olduğu üçün hər gün çəkiliş meydançasında idik. Əgər hansısa bir işin varsa, qabaqcadan xəbər etməlisən. Bir həftə qabaq məlumat vermişdim ki, filan vaxt saat 3-də mən çəkilişdə olmayacam, işim var.

Həmin gün çəkilişə gəldim, saat 3-də getməli idim. Gördüm ki, aktyoru gətiriblər. Mənimlə birgə olan səhnə çəkilməli idi. Həmin aktyorun xatirinə çəkildim, dedim ki, əziyyət çəkib, gəlib. İki saat gedəcəyim yerə gecikdim. Saat 5 oldu, səhnə çəkiləndən sonra getmək istədim. Hamı mənə dedi ki, niyə gedirsən? Mən onlara başa saldım ki, bir həftə qabaqcadan xəbərdarlıq etmişəm.

Aşağı düşəndə həmin şəxs yanıma gəldi, üstümə qışqırdı. İndiyənə kimi heç yerdə üstümə qışqırmayıblar, artıq-əksik danışmayıblar. Çəkiliş meydançasında rejissor əsəbi olur, gərginlik yaranır və aktyora əsəbiləşə bilər. Amma bu adam çəkilişdən kənar səs tonunu qaldırır. Həmin vaxt serialdan getdim, bir də ora ayağımı basmadım. Hormətsizlik edilən yerdə mən yoxam”.