Uydurma “erməni soyqırımı”-na Bütöv Azərbaycan çərçivəsində baxış - - Video

uydurma-ermeni-soyqirimi-na-butov-azerbaycan-cercivesinde-baxis-
Oxunma sayı: 809


Milli Dirçəliş Hərəkatı Partiyasının Qərbi Azərbaycan Departamenti erməni yalanları və uydurma “erməni soyqırımı”-na etiraz olaraq dəyirmi masa təşkil edib. Toplantıda alimlər, araşdırmaçılar və siyasilər iştirak ediblər. MDHP Qərbi Azərbaycan Departamentinin sədri Bayram Abbasovun apardığı toplantıda məruzələr və diskusiyalar zamanı maraqlı faktlar və mülahizələr səsləndirildi. Ən diqqət çəkən məqam isə o oldu ki, ermənilərin özlərinin törətdiyi soyqırımlarla bağlı müzakirələr zamanı, soyqırımın təkcə Quzey Azərbaycanda deyil, bütün Azərbaycan ərazilərində həyata keçirilməsi ilə bağlı faktlar səsləndirildi. Bu məsələ ilə bağlı MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli bu günə qədər geniş ictimaiətdə və mətbuatda səsləndirilməyən Güney Azərbaycanda ermənilərin törətdiyi soyqırımlar və vandalizmdən ətraflı danışdı və faktlar sadaladı.

Sonda MDHP Qərbi Azərbaycan Departamentinin uydurma “erməni soyqırımı” ilə bağlı bəyanatı səsləndirildi.

Həmin tədbirin videosunu təqdim edirik: