“Vaqif Mustafayev zəng etdi ki, camaat dirilməyini tələb edir...”

vaqif-mustafayev-zeng-etdi-ki-camaat-dirilmeyini-teleb-edir
Oxunma sayı: 8960

Bu gün məşhur Dadaşovlar ailəsinin aktyor üzvü, Xalq artisti Rafael Dadaşov 74 yaşında dünyasını dəyişib. 

"Qafqazinfo" xəbər verir ki, 2019-cu ilin sonunda ürəyin işemik xəstəliyi infarktından sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə iki dəfə xəstəxanaya yerləşdirilən aktyor həyata gözlərini yumub. Mərhum film və teatr ulduzu sabah torpağa tapşırılacaq. 


Rafael Dadaşov adı çəkilən zaman “Bağışla”, “Bir axşam”, “Bəxt üzüyü”, “Mənim günahım” kimi onlarla film ağla gəlir. Xalq artisti təkcə film yox, eyni zamanda teatr ulduzu idi. Akademik Milli Dram Teatrının aktyor truppasında çalışan Dadaşov “Kimdir haqlı?”, “Şəhərin yay günləri”, “İblis”,  “Əliqulu evlənir” kimi tamaşalarda yer alıb. 

Aktyorun bu qədər populyar olması birbaşa ailəsi ilə də bağlı olub. Belə ki, Rafael Dadaşovun atası Xalq artisti Məlik Dadaşov, anası Xalq artisti Sofiya Hüseynovadır. Onun qızı Səidə Dadaşova, əmisi qızları Sədaqət və Lalə Dadaşovalar müğənni, Brilliant Dadaşova isə Xalq artistidir. Sənətçi elə əmisi qızı Sədaqət Dadaşova ilə ailə quraraq Səidə, Leyla və Ayxan üç övlad sahibi olub. 

Bundan əlavə, səhhətində problem yaranmamışdan əvvəl tez-tez proqramlara qatılan sənətçi daim kövrəlir, ömür yolunu yada salaraq kədərlənirdi.

Elə Rafael Dadaşov ötən ilin əvvəlində ATV kanalında yayımlanan “Zaurla Günaydın” proqramına qatılarkən ağlamışdı. O, aktyorların heç vaxt ölmədiyini, daim yaşadığını dilə gətirmişdi:

“Ssenariyə uyğun olaraq yer aldığım “Amaya” serialında zəhərlənib öldüm. Bir ay sonra rejissor Vaqif Mustafayev zəng vurub dedi ki, camaat tələb edir ki, sənin obrazın dirilsin. Bunu insanlar, sponsorlar tələb edib. 

Aktyor onu səhnədən alqışlarla çıxaran zaman ölür. Məsələ burasındadır, qəlbi paslanmış dəmir kimi insan ola bilər ki, kövrəlməsin! Kövrək hisslər hər kəsdə var. Mən “Səni axtarıram” serialında bir qəbiristanlıq səhnəsi var idi. Gülnarın ( aktrisa Firəngiz Mütəllimova) atasının basdırılma səhnəsi… Aslan Qəhrəmanov ssenarini yazmışdı ki, hamı sakit dayansın. Mən ona söylədim ki, Aslan müəllim, qəbiristanlıqda insan saflaşır. Hər bir insan, cani belə qəbir üstündə saflaşır. Daxili monoloq yazmağını istədim. Bununla razılaşdı”.  

Xalq artistinin həyatına qısa səyahət: