Vasif Məhərrəmli Rəhimin xəstəliyi ilə bağlı görüntüləri paylaşdı

vasif-meherremli-rehimin-xesteliyi-ile-bagli-goruntuleri-paylasdi
Oxunma sayı: 10392

Müğənni Vasif Məhərrəmli bu gün vəfat edən Rəhim Rəhimlinin ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, öz instaqram səhifəsində müğənninin özünün sağlığında ona göndərdiyi videonu paylaşıb.

V. Məhərrəmli qeyd edib ki, Rəhimi məclisinə çağırsa da, o, iştirak edə bilməyib. Xəstəliyi səbəbindən şişmiş ayaqlarının videosunu V. Məhərrəmliyə göndərərək üzrxahlıq edib. O, videoda qaraciyərində problemlər olduğunu, bu səbəbdən ayaqlarının şişdiyini deyib.

“Ay Rəhim, Allah sənə rəhmət eləsin! İncimişdim səndən, dostum. Kaş ki inciməzdim, dostum. Məclisə çağırmışdım, gəlməmişdin deyə mənə çəkib video atdın. Kaş ki zəng edəydim, danışaydıq. Deyirdim anamın ən istədiyi müğənni sənsən. Sən çox təmiz adam idin, Rəhim. Bundan sonra bizə “dostum” kəlməsini kim deyəcək, ay Rəhim?! Məkanın cənnət olsun, əziz dost!”, - V. Məhərrəmli paylaşımında qeyd edib.