Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, V.Talıbovun sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov olub.
AzPolitika.info-nun məlumatına görə, Fazil Ələkbərov Vasif Talıbovun qudasıdır. Ali Məclis sədrinin oğlu Seymur Talıbov F.Ələkbərovun qızı ilə evlidir.
Qeyd edək ki, elə dünən Naxçıvan DTX-nın rəisi səlahiyyətlərini icra edən (indiyəqədərki MTN naziri-red) general-leytenant Vəli Ələsgərov vəzifəsindən azad olunmuşdu. V.Talıbovun V.Ələsgərovu vəzifəsindən uzaqlaşdırıb, yerinə öz qudasını təyin etməsi maraqlı hadisədir.
Son xəbərlər
Son Xəbərlər